Cümə, 17 May

"Laçın dəhlizi faktiki olaraq artıq yoxdur" - Erməni mediası

image

“Laçın dəhlizi faktiki olaraq artıq yoxdur”.

Xəbər verilir ki, erməni  mediası bu sərlövhə ilə yazı dərc edib.

“Laçın dəhlizi faktiki olaraq artıq yoxdur.

Çox güman ki, yaxın vaxtlarda, Azərbaycan keçid məntəqəsi yaradılandan dərhal sonra Əliyev ekofəalların aksiyasının dayandırılması və yolun açılması barədə göstəriş verəcək.

Bakı Moskva ilə razılaşdırılmış ssenariyə əsasən, Qarabağ sakinlərinə dəhlizdən istifadə etməyi təklif edəcək. Onlar Azərbaycan keçid məntəqəsində yoxlamadan keçəcəklər. Ermənistan sakinlərinə ya Qarabağa səfərə qadağa qoyulacaq, ya da yalnız Azərbaycan keçid məntəqəsində pasportla viza aldıqdan sonra Qarabağa buraxılacaqlar.

İlin sonuna, bəlkə də gələn ilin əvvəlinə Bakı Qarabağ sakinlərinə Azərbaycan pasportu verəcək, əks halda onların Ermənistan ərazisindən Qarabağa qayıtması qadağan olunacaq. Eyni zamanda Qarabağdan çıxıb Ermənistana köçmək üçün də heç bir problem olmayacaq.

Beləliklə, 2025-ci ilə qədər Azərbaycan əsas məqsədinə nail olacaq.

Qarşılıqlı razılaşma əsasında Azərbaycan keçid məntəqəsinin yaradılması göstərdi ki, Moskva bu prosesdə Əliyevin sadiq müttəfiqidir.

Çox güman ki, Moskva regional planlarında müəyyən korrektələr edib və 2025-ci ildə Qarabağı Azərbaycana təhvil verərək oradan çıxmağa hazırlaşır.

Moskvanın buna “xəyanətkarcasına” razılıq verməsindən sonra Qarabağ geri dönüşü olmayan fəlakət təhlükəsi qarşısındadır”, – deyə media yazıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58